AZ

London marafonunda finişə çatanların sayına görə rekord yenilənib

London marafonunda finişə çatanların sayına görə rekord yeniləyib.

"Report" "The Guardian"a istinadən xəbər verir ki, aprelin 27-də İngiltərənin paytaxtında baş tutan yarışı ümumilikdə 60 minə yaxın insan başa vurub.

Bu, 2024-cü ilin noyabrında Nyu-York şəhərində təşkil olunan marafonda müəyyən edilmiş əvvəlki dünya rekordunu üstələyib. Həmin vaxt finiş xəttini 55 min 646 nəfər keçib ki, bu da dünya rekordu idi.

Qeyd edək ki, kişilərin yarışında keniyalı Sebastian Save (2 saat 2 dəqiqə 27 saniyə), qadınların yarışında isə efiopiyalı Tiqist Assefa (2 saat 15 dəqiqə 50 saniyə) qalib gəlib.

Seçilən
2
report.az

1Mənbələr