Azərbaycan Premyer Liqasında sona 4 tur qalmış qızıl medalları təmin edən “Qarabağ” ardıcıl 4-cü, ümumilikdə isə 12-ci çempionluğunu qazanıb.
Msport.az xəbər verir ki, Ağdam təmsilçisi son 12 ildə 11-ci çempionluğunu əldə etməklə diqqət çəkib.
1992-ci ildən bəri baş turan Azərbaycan çempionatında ümumilikdə 8 komanda finişə birinci çatıb. Bu baxımdan rekordçu “Qarabağ”dır. İkinci pillədəki “Neftçi”də çempionluq sayı 9-dur.
“Kəpəz” 3, “Şəmkir”, “Bakı”, “İnter” (indiki “Şamaxı”) 2, “Turan” və “Xəzər Lənkəran” 1 dəfə ölkənin ən yaxşısı olub.
Azərbaycan çempionatının bütün mövsümlər üzrə çempionları belədir:
- “Neftçi” (Bakı)
- “Qarabağ” (Ağdam)
1993/94. “Turan” (Tovuz)
1994/95. “Kəpəz” (Gəncə)
1995/96. “Neftçi” (Bakı)
1996/97. “Neftçi” (Bakı)
1997/98. “Kəpəz” (Gəncə)
1998/99. “Kəpəz” (Gəncə)
1999/2000. “Şəmkir”
2000/01. “Şəmkir”
2001/02. Yarımçıq qalıb
2002/03. Keçirilməyib
2003/04. “Neftçi” (Bakı)
2004/05. “Neftçi” (Bakı)
2005/06. “Bakı”
2006/07. “Xəzər Lənkəran”
2007/08. “İnter” (Bakı)
2008/09. “Bakı”
2009/10. “İnter” (Bakı)
2010/11. “Neftçi” (Bakı)
2011/12. “Neftçi” (Bakı)
2012/13. “Neftçi” (Bakı)
2013/14. “Qarabağ” (Ağdam)
2014/15. “Qarabağ” (Ağdam)
2015/16. “Qarabağ” (Ağdam)
2016/17. “Qarabağ” (Ağdam)
2017/18. “Qarabağ” (Ağdam)
2018/19. “Qarabağ” (Ağdam)
2019/20. “Qarabağ” (Ağdam)
2020/21. “Neftçi” (Bakı)
2021/22. “Qarabağ” (Ağdam)
2022/23. “Qarabağ” (Ağdam)
2023/24. “Qarabağ” (Ağdam)
2024/25. “Qarabağ” (Ağdam)