Bakı. Trend:
Türkiyənin qərbində yerləşən Kütahya şəhərində ard-ardazəlzələlər baş verib.
Trend xəbər verirki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi(AFAD) məlumat yayıb.
Bildirilib ki, ilk zəlzələ bu gecə yerli vaxtla 02.45, növbətiisə bir neçə saatdan sonra 07:21-də baş verib və hər iki yeraltıtəkan 3.9 bal gücündə olub.
Episentri Kütahyanın Simav rayonu olan zəlzələnin yeraltı ocağı11.82 kilometr dərinlikdə yerləşib.
Seysmoloji hadisə ilə əlaqədar hər hansı itki və ya dağıntı başverməyib.