Kanal D-nin 19 ildir ekranlarda olan və hər bölümü ilə milyonlarla insanı ekran önünə bağlayan əfsanəvi serial Arka Sokaklar heyətinə sürpriz ad əlavə edib. Vətəninfo.az xəbər verir ki, komissar Aylinin şəhid olması ilə duyğulu anlar yaşadan serialda fenomen komandaya yeni ad qoşulur: Yasemin Allen. Uğurlu aktyor serialda Komissar Gökçe Kurt obrazına həyat verəcək. O, FTB agenti sevgilisindən atışma təlimi alıb və bu yaxınlarda aksiyalarla dolu istehsallarda iştirak edib. Allen bu dəfə cəsur, intizamlı və qətiyyətli polis rolunda tamaşaçılar qarşısına çıxacaq. Serialın sonrakı bölümlərində Rıza Baba və komandası əhəmiyyətli bir əməliyyat zamanı Gökçe Komissarla görüşəcək. Gökçe bu çətin işdə özünü sübut edəcək. Rıza babanın hörmətini və etibarını qazanmağa çalışacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta