AZ

ABŞ-də qeyri-adi "Ford Mustang 2016"hərracda - FOTO

ABŞ-də qeyri-adi "Ford Mustang 2016" satışa çıxarılıb.

Avtosfer.az auto.ru-ya istinadən xəbər verir ki, "Transformerlər: Son Cəngavər" döyüş filmində yer alan avtomobilin cari qiyməti göstərilmir. Lakin 2021-ci ildə maşın 2 milyon dollara təklif olunan dörd avtomobil kolleksiyasının bir hissəsi olub.

Filmdə avtomobil deseptikonlardan birinin çevrildiyi polis maşını kimi yadda qalıb. Kapotun altında 6 pilləli mexaniki transmissiya ilə birgə 441 at gücünə malik standart beş litrlik V8 mühərriki quraşdırılıb. Avtomobilin yürüşü 1300 kilometrdən azdır.

"Mustang" çəkilişdən bəri sürülməyib.(oxu.az)

 

Seçilən
10
1
avtosfer.az

2Mənbələr