İranın Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş güclü partlayış və ardınca baş vermiş yanğın nəticəsində ölənlərin sayı 40-a çatıb, 1000-dən çox yaralı var. Vətəninfo.az-ın məlumatına görə , bu barədə “Mehr” xəbər agentliyi məlumat yayıb.
Bəndər Abbas İranın cənubundakı Hörmüzqan vilayətinin mərkəzidir. Hormozqan qubernatoru Məhəmməd Aşuri 200-ə yaxın insanın hələ də xəstəxanada olduğunu bildirib.
Aprelin 28-i İranda matəm günü elan edilib.
İranın ali dini lideri Ayətullah Əli Xamenei rəsmiləri partlayışın səhlənkarlıq və ya qəsdən törədilmiş hərəkət nəticəsində baş verdiyini müəyyən etmək üçün hərtərəfli araşdırma aparmağa çağırıb.
Partlayış aprelin 26-da İranın ən böyük konteyner qovşağı olan Şəhid Rəcai limanında baş verib. Yanacaq daşıyan tankerin partlaması nəticəsində bir neçə kilometr aralıda şüşələr sınıb və konteynerlərin metal hissələri qoparaq içindəki mallara ciddi ziyan dəyib.