Vətəninfo.az xəbər verir ki, Rusiyanın Tehrandakı səfirliyi bildirib ki, Rusiya prezidenti Vladimir Putin Şəhid Rəcai limanındakı yanğınla bağlı İrana yardım qruplarının göndərilməsinə göstəriş verib.
Məlumata görə, iranlı tərəfdaşların xahişindən sonra Putin ölkənin Fövqəladə Hallar Nazirliyinin xüsusi təyinatlı qüvvələrini daşıyan bir neçə təyyarənin dərhal göndərilməsini əmr edib.
Məlumata görə, təcrübəli mütəxəssislərdən ibarət bu yardım qrupları Şəhid Rəcai limanında yanğınsöndürmə əməliyyatlarına kömək etmək üçün göndəriləcək.