AZ

Cənubi Koreyada məktəbə hücum

Cənubi Koreyada silahlı şagird müəllimə və uşaqlara hücum edib.

Publika.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Hadisə Seuldan 110 km cənubda yerləşən Çonqju şəhərində baş verib. Hücum edən şəxs müəllimə və beş şagirdə üz və qarın nahiyəsindən xəsarətlər yetirib, lakin onların heç birinin həyatı üçün təhlükə olmayıb. Zərərçəkənlərin heç birinin vəziyyəti ağır deyil.

Hücum edən şəxs özü də hücumdan sonra özünü yaxınlıqdakı su anbarına atsa da, xilas edilərək xəstəxanaya çatdırılıb. İndi polis və müstəntiqlər tələbənin motivlərini və hadisənin başvermə şəraitini öyrənirlər.

Seçilən
0
2
publika.az

3Mənbələr