Vətəninfo.az xəbər verir ki, rusiyalı siyasətçi Vladimir Jirinovskinin xarici pasportu Sankt-Peterburqda keçirilən hərracda 1,1 milyon rubla (20min 430 AZN) satılıb, başlanğıc qiyməti 100 min rubl olub.
Jirinovskinin imzası və vizaları olan sovet tipli pasportu bazar günü saat 19:00-da başlayan hərraca çıxarılıb. Sənədi “istifadə izləri” ilə yaxşı vəziyyətdədir. Pasportun dərc olunmuş fotosuna görə, 19 oktyabr 1992-ci ildə verilib və 19 oktyabr 1997-ci il tarixinədək etibarlıdır.
Rusiyalı siyasətçi və şərqşünas, Ermənistan Liberal Demokrat Partiyasının qurucusu və lideri Vladimir Jirinovski uzun sürən xəstəlikdən sonra 2022-ci il aprelin 6-da vəfat edib.