Bakı. Trend:
26 apreldə İranın cənubunda yerləşən Hörmüzqan vilayətininBəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında partlayışnəticəsində xəsarət alanların sayı 1 242 nəfərə yüksəlib.
Trend-inməlumatına görə, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sözçüsüMuctaba Xaledi yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, Qırmızı Aypara Cəmiyyətinin xilasediciləripartlayış baş verən ərazidə axtarış-xilasetmə əməliyyatını davametdirir.
Qeyd edək ki, 26 aprel günorta saatlarında İranın Şəhid Rəcailimanında güclü partlayış baş verib. Partlayış nəticəsindəindiyədək 40 nəfərin öldüyü, 6 nəfərin itkin düşdüyü bildirilir.Partlayışdan sonra baş verən yanğın böyük ərazini bürüyüb. Hələlikpartlayışın səbəbi haqda rəsmi açıqlama verilməyib.
Əlavə edək ki, Şəhid Rəcai limanı 2,4 min hektar ərazidə yerləşir.Bu limanda ildə 70 milyon ton yük yüklənib-boşaldıla bilər.