AZ

Kim Çen In hərbiçilərinin Ukrayna müharibəsində iştirakını alqışlayıb

Şimali Koreya lideri Kim Çen In KXDR qoşunlarının Kursk vilayətindəki döyüşlərdə iştirakını müqəddəs missiya adlandırıb...

Şimali Koreya lideri Kim Çen In Kursk bölgəsinə göndərilən Şimali Koreya əsgərlərini qəhrəman adlandırıb və onların Rusiya bölgəsinin azad edilməsi əməliyyatında iştirakını “müqəddəs missiya” adlandırıb. O, həmçinin əlavə edib ki, Pxenyanda onların şərəfinə abidə ucaldılacaq.

Poliqon xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

“Ədalət uğrunda mübarizə aparanların hamısı Vətənin qəhrəmanları və şərəfinin nümayəndələridir”, deyə Şimali Koreya lideri açıqlamasında bildirib.

Bundan əlavə Koreya Fəhlə Partiyasının Mərkəzi Hərbi Komitəsi bəyan edib ki, Kurs vilayətində əməliyyatın başa çatması Rusiya və KXDR arasında güclü hərbi tərəfdaşlığı təsdiqləyir və bu, iki ölkə xalqları arasında “müttəfiqlik və qardaşlıq münasibətlərinin ən yüksək strateji səviyyəsini” əks etdirir.

Qeyd edək ki, Rusiya və KXDR ilk dəfə olaraq qarşılıqlı müdafiə müqaviləsi çərçivəsində Ukrayna ilə münaqişədə Rusiyaya dəstək vermək üçün qoşun göndərdiyini rəsmən təsdiqləyiblər.

Poliqon.info

Seçilən
9
poliqon.info

1Mənbələr