AZ

Tramp: Vatikanda Zelenski Ukrayna üçün silah tədarükünü istədi...

ABŞ Prezidenti Donald Tramp aprelin 26-da Vatikanda keçirilən görüşdə Ukrayna prezidenti Vladimir Zelenskinin yenidən Ukraynaya silah tədarükü üçün müraciət etdiyini bildirib...

Poliqon xəbər verir ki, bu barədə Tramp Nyu Cersi ştatının Morristown hava limanında jurnalistlərlə görüşündə bildirib və əlavə edib ki, bu cür tələblər üç ildir daxil olur.

Xatırladaq ki, iki prezident arasında söhbət Roma Papası Fransiskin dəfn mərasiminin keçirildiyi Müqəddəs Pyotr Bazilikasında baş tutub. Dialoq təxminən 15 dəqiqə davam edib və Donald Tramp bu görüşü “çox məhsuldar” adlandırıb. ABŞ prezidentinin sözlərinə görə, Vladimir Zelenski “sakitləşib” və indi “vəziyyəti daha yaxşı başa düşür”.

Eyni zamanda Donald Tramp vurğulayıb ki, Ukraynaya silah tədarükü ilə bağlı qərar Rusiyanın sülh yolu ilə nizamlanma kontekstindəki davranışıqlardan asılı olacaq.

“Gəlin nə baş verdiyini görək. Mən Rusiya tərəfində nə baş verdiyini görmək istəyirəm”, deyə Tramp bildirib.

Poliqon.info

Seçilən
5
poliqon.info

1Mənbələr