AZ

Çinin BMT-dəki nümayəndəsi: Pekin Vaşinqtonla tarif danışıqlarına açıqdır...

Çin gömrük rüsumları ilə bağlı ABŞ-la danışıqlara açıqdır, lakin dialoq qarşılıqlı hörmətə əsaslanmalıdır və Vaşinqton ilk addımları atmalıdır...

Poliqon xəbər verir ki, bunu BMT-nin Cenevrədəki Çin daimi nümayəndəsi Çen Xu “RİA Novosti” Agentliyinə bildirib.

“Dialoq bərabərliyə, qarşılıqlı hörmətə və qarşılıqlı faydaya əsaslanmalıdır. Amerikalılara gəlincə, bütün bu prosesin təşəbbüskarları onlardır. Ona görə də düzgün təməl və ya atmosfer yaratmaq üçün lazımi addımları atmalı olanlar onlardır”, deyə Çen Xu bildirib.

Qeyd edək ki, aprelin 10-da ABŞ Çin mallarına rüsumları 125%-dən 145%-ə qaldırıb. Buna cavab olaraq Çin Amerika məhsullarına tarifləri 84%-dən 125%-ə qaldırıb. Bundan sonra Çin digər ölkələri Trampın tarif siyasətinə müqavimət göstərmək üçün birlikdə işləməyə çağırıb.

Poliqon.info

Seçilən
8
poliqon.info

1Mənbələr