Cənubi Koreyanın Çxoncu şəhərində şagirdin məktəbə hücumu nəticəsində altı nəfər xəsarət alıb.
APA xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Bildirilib ki, hücum edən şəxs silahlı olub, lakin agentlik istifadə olunan silahın növünü açıqlamayıb.
Qeyd olunur ki, xəsarət alanlar arasında bir müəllim də var.
Yaralananların vəziyyəti müxtəlif dərəcələrdə olsa da, onların heç biri kritik durumda deyil.
Zərərçəkənlərə tibbi yardım göstərilir.