AZ

Rusiyada tur avtobusu aşdı, 35 nəfər yaralandı

BAKI, 28 aprel. TELEQRAF

Rusiyanın Vladimir vilayətində tur avtobusu aşıb.

Teleqraf Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə zamanı 35-ə yaxın insan xəsarət alıb.

İlkin məlumata görə, avtobusu xəndəyə düşüb və sonra aşıb.

Hadisə zamanı avtobusda 55 nəfər olub.

Hadisə yerində Dövlət Yol Hərəkətinin Təhlükəsizliyi Müfəttişliyi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyir.

Seçilən
47
teleqraf.com

1Mənbələr