ABŞ Prezidenti Donald Trampın administrasiyası Şimali Koreya (KXDR) ilə potensial dialoqun bərpasını müzakirə edir.
Bizim.Media xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.
Rəsmilər kənar ekspertlərlə məsləhətləşdiklərini və Şimali Koreya lideri Kim Çen Inla əlaqələrin bərpası variantlarını nəzərdən keçirdiklərini bildiriblər.
"Son dörd il ərzində çox şey dəyişib. Biz mümkün yolları, o cümlədən qarşılıqlı əlaqəni qiymətləndiririk, diaqnostika və müzakirə edirik", - adı açıqlanmayan yüksək rütbəli amerikalı məmur qeyd edib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta