AZ

Daun sindromunun dərmansız və əməliyyatsız müalicəsi tapıldı

BAKI, 28 aprel. TELEQRAF

Amerikalı alimlər mühüm kəşf ediblər.

Teleqraf xəbər verir ki, 40 Hz tezliyində işıq və səslə qeyri-invaziv beyin stimullaşdırılması Daun sindromunda koqnitiv funksiyaları yaxşılaşdıra bilər.

Tədqiqat “PLOS One” elmi jurnalında dərc olunub .

Yeni üsul üç həftə ərzində gündəlik bir saatlıq işıq və səs stimullaşdırılması seanslarını əhatə edir.

Təcrübə siçanlar üzərində aparılıb. Nəzərə çarpan dəyişikliklər yaddaş prosesləri üçün kritik beyin bölgəsi olan hipokampusda baş verib.

Tədqiqatçılar müəyyən ediblər ki, stimullaşdırma təkcə sinir əlaqələrini gücləndirmir, həm də neyrogenez prosesini - yeni sinir hüceyrələrinin əmələ gəlməsini aktivləşdirir.

Amerikalı alimlər vurğulayıblar ki, bu kəşfin insanlara tətbiqi barədə danışmaq hələ tezdir.Buna baxmayaraq, əldə edilmiş nəticələr müxtəlif nevroloji pozğunluqların korreksiyası üçün universal bir yanaşma ola biləcəyini sübut edir.

Seçilən
16
teleqraf.com

1Mənbələr