AZ

Bu gün Kanadada növbədənkənar parlament seçkiləri keçirilir

BAKI, 28 aprel. TELEQRAF

Aprelin 28-də Kanadada növbədənkənar parlament seçkiləri keçiriləcək.

Teleqraf xəbər verir ki, ölkədə altı saat qurşağı olduğundan, seçki məntəqələri müxtəlif vaxtlarda açılacaq.

Seçkinin ilk nəticələri çərşənbə axşamı Moskva vaxtı ilə saat 03:02-dən sonra məlum olacaq.

Seçkilərdən əvvəl İcmalar Palatasındakı yerlərin sayı 338-dən 343-ədək artırılıb. Əsas mübarizə dörd partiya arasında gedəcək. Son seçkiqabağı sorğular göstərib ki, liberallar təxminən 42%, mühafizəkarlar 39% səs toplaya bilər.

Seçkilərə qədər 7,5 milyondan çox kanadalı artıq səs verib. Bu, 2021-ci il parlament seçkiləri ilə müqayisədə təxminən dörddə bir çoxdur.

Seçilən
18
1
teleqraf.com

2Mənbələr