AZ

ABŞ-ın Yəmənə endirdiyi zərbələr nəticəsində azı səkkiz nəfər həlak olub

ABŞ-ın Yəmənin Səna şəhərinə endirdiyi hava zərbələri nəticəsində azı səkkiz nəfər həyatını itirib.

APA xəbər verir ki, bu barədə "Al Masirah" telekanalı məlumat yayıb.

Məlumata görə, bombardman nəticəsində üç yaşayış evi dağılıb. Həlak olanlar arasında qadınlar və uşaqlar da var.

Yaralıların olduğu bildirilir, lakin onların sayı açıqlanmayıb.

Seçilən
24
1
apa.az

2Mənbələr