AZ

Avropa çempionatında gümüş və bürünc medallar

Kiprin Limassol şəhərində sambo üzrə Avropa çempionatı və birincilikləri keçirilib.

İdman.biz xəbər verir ki, kişilər arasında qitə çempionatında Adil Adilzadə (88 kq) gümüş, Elvin Bağırov (64 kq) isə bürünc medallar qazanıblar.

Gənclər arasında keçirilən Avropa birinciliyində Nicat İsmayılov (58 kq) gümüş, Cavad İsayev (71 kq) isə bürünc medallara sahib çıxıblar.

Yeniyetmələr arasında Avropa birinciliyində isə Əbubəkir Hüseynov (98 kq) gümüş, Kənan Məmmədli (71 kq) və Rəsul Səmədli (+98 kq) isə bürünc mükafatçı olublar.

İdman.biz

Seçilən
19
idman.biz

1Mənbələr