Müşayiət dəstəsinin rəisi bütün tapşırıqların vaxtında yerinə yetirilməsinə cavabdehdir.
Heftelik.az-ın məlumatına görə, bu, Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair Təlimatda əksini tapıb.
O, tabeliyində olan əməkdaşların qanunlara riayət etməsini təmin etməlidir. Müşayiət edilən şəxslər haqqında əsas məlumatları bilməlidir. Rəis müşayiət marşrutlarını və təhlükəsizlik tədbirlərini planlaşdırır. Dəstəyə verilən sənədləri qəbul edir və yol qeydləri kitabını tərtib edir. Məhkəmə və istintaq prosesləri zamanı təhlükəsizlik tədbirlərini təşkil edir. Hadisə baş verdikdə operativ qərarlar qəbul edərək müşayiəti davam etdirir. Qaçış cəhdi zamanı dərhal təqib əməliyyatı təşkil etməlidir.