BAKI, 28 aprel. TELEQRAF
Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyəti Estoniyaya səfər edib.
Teleqraf erməni saytlarına istinadən xəbər verir ki, səfər çərçivəsində N.Paşinyanın Estoniya Prezidenti Alar Karislə görüşü planlaşdırılır.
Bundan başqa, Ermənistanın baş nazirinin estoniyalı həmkarı Kristin Mixalla təkbətək danışıqları nəzərdə tutulub. Daha sonra görüş geniş çərçivədə davam edəcək.
Görüşdən sonra baş nazirlər KİV nümayəndələrinin suallarını cavablandıracaqlar.