"Liverpul"un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasının 34-cü turunda "Tottenhem" üzərində 5:1 hesablı qələbədən və komandanın vaxtından əvvəl çempionluğunu rəsmiləşdirməsindən sonra baş məşqçi Arne Slotla işləmək barədə fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, "Sky Sport" misirli futbolçunun dediklərini belə çatdırıb.
"O, bizimlə dürüst idi. O, niderdlandlıdır və niderlandlılar olduqca sərtdir, lakin o, həyatımızı asanlaşdırdı, çünki bizdən nə istədiyini dərhal izah etdi və biz bunu etdik. Slotla daha yaxşı oynadım? Statistikaya baxırsan? Belə görünür. İndi özümü çox müdafiə etməliyəm.
Slotun Kloppdan nə ilə fərqləndiyini dəqiq söyləmək olduqca çətindir, lakin onların taktikası çox fərqlidir. Bir dəfə Slota dedim: Nə qədər ki, müdafiədə mənə istirahət verirsən, hücumda faydalı olacağam.Və mən buna sevindim. Təbii ki, bu, məşqçinin fikri idi, amma o, dinləyir"