AZ

Alman nazir: Ukrayna Trampın təklifi ilə razılaşmamalıdır

BAKI, 27 aprel. TELEQRAF

“Ukrayna ABŞ Pezidenti Donald Trampın öz ərazilərini vermək təklifi ilə razılaşmamalıdır”.

Teleqraf xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius ARD telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Amerika liderinin təklif etdiyi atəşkəs şərtləri daha çox kapitulyasiyaya bənzəyir: “Kiyev açıq şəkildə yaxşı niyyətlə razılaşdırılmış davamlı atəşkəsə nail olmaq üçün müəyyən ərazilərdən imtina etməli olacağını bilir. Lakin onlar, şübhəsiz ki, Amerika prezidentinin son təklifi qədər uzağa getməyəcəklər - ya da getməməlidirlər".

Nazir vurğulayıb ki, Ukrayna belə şərtləri bir il əvvəl təkbaşına da əldə edə bilərdi: “Bu, təslim olmağa bənzəyir".

Seçilən
14
teleqraf.com

1Mənbələr