Türkiyənin şərqində 4,9 maqnitudalı zəlzələ baş verib.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ yerli vaxtla 21:09-da Elazığ vilayətində baş verib. Zəlzələ ocağı 11,31 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar Malatya bölgəsində də hiss olunub.