Bakı, 27 aprel, AZƏRTAC
İngiltərə Federasiya Kubokunda finala yüksələn ikinci komanda bəlli olub.
AZƏRTAC xəbər verir ki, "Mançester Siti" yarımfinalda "Nottingem"ə 2:0 hesabı qalib gələrək həlledici qarşılaşmaya vəsiqə qazanıb.
Komanda bu raundda ötən gün "Aston Villa"nı 3:0 hesabı ilə üstələyən "Kristal Pelas"la üz-üzə gələcək.
Görüş mayın 17-də təşkil olunacaq.