BAKI, 27 aprel. TELEQRAF
"Əgər başqasının torpağında gözümüz olmayacaqsa, problem onda həll olunacaq".
Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian AzTV-yə eksklüziv müsahibəsində deyib.
"Azərbaycan və Ermənistan arasında ticari - iqtisadi əlaqələr yaranmalıdır. Hər iki tərəfin hüquqları əsas götürülməlidir. Bizim edəcəyimiz kömək ondan ibdartdir ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqənin yaradılmasına təşəbbüs göstərmişik. Bu gün layihə sürətlə həyata keçirilir. İran torpaqlarından keçməklə Azərbaycanla Naxçıvan arasında əlaqənin yaranmasında problem yoxdur. Biz İranı azərbaycanlıların ikinci vətəni hesab edirik", - deyə Pezeşkian əlavə edib.