BAKI, 27 aprel. TELEQRAF
"Qarabağ" hər il daha da gücləndiyini sübut etdi".
Teleqraf xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl Azərbaycan Premyer Liqasının XXXII turunda səfərdə "Sabah"la heç-heçə edərək çempionluğu təmin etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
O, çempionatın keyfiyyətinin qalxdığını bildirib: "Çox gözəl və çətin çempionluq oldu. Çempionatın keyfiyyətinin qalxmasını ildən-ilə hiss olunur. Hakimlərdən çox razıyam. "Qarabağ" hər il daha da gücləndiyini sübut etdi".