AZ

Qubada sakinlər örüş sahələrinin bələdiyyə tərəfindən satılmasından narazıdırlarVİDEO

"Heyvanlarımız var, amma otarmaq üçün örüş sahəmiz yoxdur".

Belə bir iddia ilə "Xəzər Xəbər"ə Qubanın Aşağı Səbətlər kənd sakinləri müraciət ediblər.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər örüş sahələrinin satılmasından narazılıq edirlər. Onların iddialarına görə, bir şəxs sənədlə 3 hektar torpaq sahəsinə sahib olsa da, ərazidə faktiki olaraq 10 hektardan çox torpaq zəbt edilib.

Sakinlər deyirlər ki, dəfələrlə sahənin açılmasını tələb ediblər, lakin nəticə əldə edə bilməyiblər.

Ərazini zəbt etdiyi bildirilən şəxs Elçin İbadov isə narazılıqları əsassız adlandırıb.

Məsələ ilə bağlı kənd bələdiyyəsinin sədri Arif Ömərovdan da münasibət öyrəndik. Bələdiyyə sədri torpaq sahəsinin həmin şəxsə qanuni şəkildə verildiyini bildirdi. Ancaq onun sözlərinə görə, bir neçə hektar sahə artıq çəpərlənib. Hazırda həmin sahədə taxıl əkilib. Biçin başa çatdıqdan sonra artıq zəbt edilmiş sahələr vətəndaşların örüş sahəsi kimi istifadəyə veriləcək.

 Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Seçilən
12
1
xezerxeber.az

2Mənbələr