Türkiyə Super Liqasında 33-cü turun oyunları keçirilir.
90deqiqe.Az xəbər verir ki, "Konyaspor" doğma meydanda "Adana Dəmirspor"u qəbul edib. Bu görüşdə meydan sahibləri əzmkar qələbə qazanıb.
Yeddi qolun qeydə alındığı "Trabzonspor" - "Alanyaspor" matçında da meydan sahibləri çətin qələbəyə sevinib.
"Kayserispor" da evdə "Rizəspor"a minimal hesabla qalib gəlib.
"Qalatasaray" səfərdə "Eyüpspor"un qonağı olub və rəqibini darmadağınla məğlub edib.