Ötən gün İranın Şəhid Rəcai Limanında baş verən güclü partlayış böyük faciəyə səbəb olub.
KONKRET.az xəbər verir ki, partlayışın təsiri ilə maşında yanaraq həyatını itirən şəxsin cəsədi tapılıb. Hadisə yerində aparılan araşdırmalar nəticəsində yanmış cəsəd aidiyyəti üzrə təhvil verilib.
Son məlumatlara əsasən, partlayış nəticəsində həyatını itirənlərin sayı 40 nəfərə çatıb. Həmçinin, 1205 nəfərin müxtəlif dərəcəli yaralarla xəstəxanaya çatdırıldığı bildirilib.
Partlayışın səbəbləri hələlik açıqlanmayıb, lakin hadisənin geniş dağıntılara səbəb olduğu qeyd edilir.
Təhlükəsizlik qüvvələri və təcili yardım qrupları hadisə yerində araşdırmalarını davam etdirirlər. İran hakimiyyəti, partlayışın arxasında xarici müdaxilə və ya sabotaj ehtimalını da araşdırır. Yeni görüntülər və əlavə məlumatlar əldə edildikcə, ictimaiyyətə açıqlama veriləcək.
Natiq Səlim
KONKRET.az