Azərbaycan milli komandasının üzvləri Renat Dadaşov və Rahil Məmmədovun çıxış etdikləri "Radomyak" klubu bu gün Polşa Ekstraklasasında vacib görüşə çıxıb.
Offsideplus.az xəbər verir ki, həmyerlilərimizin komandası doğma azarkeşlər önündə çempionluğa iddialı "Lex"i qəbul edib.
Bu matça qədər "Lex" 59 xalla 2-ci, "Radomyak" isə 35 xalla 13-cü pillədə qərarlaşmışdı.
Renat start heyətdə mübarizəyə başlayıb və 65 dəqiqə oynayıb. Təəssüf ki, hücumçumuz qol vura bilməyib. Maraqlıdır ki, Dadadov əvəzləndikdən sonra "Radomyak" 2 dəfə fərqlənərək, məğlubiyyətdən qurtulub. Bununla da, "Lex" çempionluq mübarizəsində ağır zərbə alıb.
Rahilin adı isə qarşılaşmanın protokolunda yer almayıb.
Polşa Ekstraklasası, XXX tur
19:30 "Radomyak" - "Lex" 2:2
Kapita, 79; Abdul Tapsoba, 90+1 - İşak, 5;Yaqiello, 34