Bakı. Trend:
Aprelin 28-də İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfəredəcək. Səfər İran və Azərbaycan arasında ikitərəfli iqtisadiəlaqələrin əhəmiyyətinin xüsusi strateji əhəmiyyət kəsb etdiyiregional dinamikanın artdığı bir vaxta təsadüf edir.
İki ölkə arasında iqtisadi münasibətlər sabit müsbət dinamikanümayiş etdirir. 2024-cü ildə Azərbaycan ilə İran arasında ticarətdövriyyəsi əvvəlki illə müqayisədə 20 faiz artaraq 580 milyondollara çatıb. Bununla belə, tərəflərin hədəfləri bu rəqəmlərixeyli üstələyir: İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqinsözlərinə görə, Bakı və Tehran qarşıdakı beş ildə illik ticarətdövriyyəsini 10 milyard dollara çatdırmaq niyyətindədirlər.
İran ticarət əlaqələrinin qarşısındakı maneələri fəal şəkildəaradan qaldırır və Azərbaycanla uğurlu əməkdaşlığı regionun digərölkələri ilə qurulacaq münasibətlər üçün bir modelə çevirməkistəyir. Gözlənilən səfər çərçivəsində İranın özəl sektorunun100-dən çox nümayəndəsinin iştirakı nəzərdə tutulur ki, bu daTehranın şəxsi biznesi ikitərəfli əməkdaşlığın əsas dayaqlarındanbirinə çevirmək istəyini göstərir.
Azərbaycan-İran strateji tərəfdaşlığı enerji sahəsində xüsusiləaydın görünür. 2024-cü ilin mayında Xudafərin SES və Araz çayıüzərindəki Qız-Qalası su elektrik stansiyası istifadəyə verilib. Bulayihələr hər iki ölkədə 400 min hektardan çox ərazininsuvarılmasını təmin edəcək və 280 MVt gücündə elektrik enerjisiistehsalı ilə sərhədyanı rayonların enerji təhlükəsizliyinə mühümtöhfə verəcək.
Nəqliyyat infrastrukturunun inkişafı da ikitərəfli əməkdaşlığınəsas istiqamətlərindəndir. Azərbaycan və İran Hindistan, İran,Azərbaycan, Rusiya və Avropanı birləşdirən beynəlxalq Şimal-Cənubnəqliyyat dəhlizində fəal əməkdaşlıq edirlər. 2025-ci ildə başaçatdırılması planlaşdırılan Rəşt-Astara dəmir yolu və Astaraçayüzərində yeni avtomobil və dəmir yolu körpülərinin istifadəyəverilməsi yükdaşımaların effektivliyini xeyli artıracaq.
Bundan əlavə, İran ərazisindən keçməklə Azərbaycanın əsashissəsini Naxçıvanla birləşdirəcək yeni nəqliyyat dəhlizininyaradılması xüsusi əhəmiyyət daşıyır. Bu layihə təkcə Azərbaycanındaxili nəqliyyat bağlantılarıını gücləndirməyəcək, həm də MərkəziAsiya, Qafqaz və Yaxın Şərq arasında ticarət və tranzit imkanlarınıgenişləndirəcək, Azərbaycanın Avrasiyada əsas tranzitqovşaqlarından biri kimi mövqeyini möhkəmləndirəcək.
Kənd təsərrüfatı sahəsində də əməkdaşlıq yeni mərhələyə qədəmqoyur. 2024-cü ildə tərəflər sərhədyanı rayonlarda birgə kəndtəsərrüfatı zonalarının yaradılması, Azərbaycanın kənd təsərrüfatıməhsullarının İrana ixracının artırılması və Qız-Qalası suelektorik stansiyası çərçivəsində yeni suvarma imkanlarınınistifadəsi barədə razılığa gəliblər. Ərzaq təhlükəsizliyi sahəsindəartan qlobal çağırışlar fonunda bu əməkdaşlıq hər iki ölkəniniqtisadi dayanıqlığını gücləndirmək üçün strateji əhəmiyyətdaşıyır.
Prezident Məsud Pezeşkianın Azərbaycana səfəri İranın regionalsiyasətində yeni mərhələnin başlanğıcı hesab olunur. Tehranın Bakıilə münasibətləri daha da möhkəmləndirmək istəyi yalnız iqtisadimaraqlarla deyil, həm də beynəlxalq sanksiyalar şəraitində xariciiqtisadi əlaqələri genişləndirmək zərurəti ilə izah olunur.
İnkişaf etmiş nəqliyyat infrastrukturu, sabit iqtisadiyyatı vəAvrasiya ticarət yollarına təsiri artan Azərbaycan İran üçünetibarlı tərəfdaş və yeni bazarlara çıxış qapısı rolunu oynayır.Səmərəli ikitərəfli münasibətlərin dərinləşməsi təkcə CənubiQafqazda deyil, daha geniş regionda da yeni iqtisadi nizamınformalaşmasına, qarşılıqlı faydalı əməkdaşlığın və stratejitəşəbbüslərin gələcək inkişafına zəmin yarada bilər.