İsrailin pilotsuz təyyarələri və daha sonra döyüş təyyarələri Beyrutun Dahiyə şəhərinin Əl-Hədas bölgəsini hədəfə alıblar.
Publika.az xəbər verir ki, bu barədə Livan KİV-i məlumat yayıb.
"İsrail hərbçiləri Beyrutun Dahiyə şəhərinin Əl-Hədas bölgəsində sakinlər üçün təxliyə əmri verib. Pilotsuz təyyarə evakuasiya əmri verilən əraziyə ilkin zərbə endirdi", - məlumatda deyilir.