Qrenlandiyanın yeni Baş naziri Yens Frederik Nilsen ABŞ ilə güclü tərəfdaşlıq qurmağa və ikitərəfli münasibətləri inkişaf etdirməyə hazır olduqlarını bildirib.
Viral.az-ın məlumatına görə, Nilsen vurğulayıb ki, Qrenlandiya tərəfdaşlıqda qarşılıqlı hörmətin qorunmasını istəyir:
“Biz güclü tərəfdaşlığa və münasibətlərin daha da inkişafına hazırıq. Ancaq hörmət görmək istəyirik”, — deyə o qeyd edib.