Azərbaycan milli komandasının üzvləri Renat Dadaşov və Rahil Məmmədovun çıxış etdikləri "Radomyak" klubu bu gün Polşa Ekstraklasasında vacib görüşə çıxıb.
Offsideplus.az xəbər verir ki, həmyerlilərimizin komandası doğma azarkeşlər önündə çempionluğa iddialı "Lex"i qəbul edir.
Radom şəhər stadinonunda keçiriləcək oyuna maraq böyük olduğundan bir neçə gün qabaqcadan bütün biletlər satılıb.
Bu matça qədər "Lex" 59 xalla 2-ci, "Radomyak" isə 35 xalla 13-cü pillədə qərarlaşıb.
Renat Dadaşov meydan sahiblərinin qol ümidlərindən sayılır. Azarkeşlər 25 yaşlı hücumçunun 8 qat Polşa çempionunun qapısına qol vuracağına ümid edirlər. Bu ilin fevralında "Radomyak"a keçən azərbaycanlı futbolçu 7 matçda 2 qol vurub, 2 məhsuldar ötürmə verib.
Rahil Məmmədov isə "Radomyak"dan ayrılmaq üzrədir. Yığmamızın müdafiəçisi axırıncı dəfə 2 ay əvvəl meydançada görünüb.
Renat start heyətdə meydançaya çıxıb. Rahilin adı isə qarşılaşmanın protokolunda yer almayıb.
Polşa Ekstraklasası, XXX tur
19:30 "Radomyak" - "Lex" 0:2 (İkinci hissə)
İşak, 5. Yaqiello, 34.