AZ

Yağıntılı və küləkli hava nə vaxtadək davam edəcək? - Rəsmi Açıqlama

Ölkə ərazisində gözlənilən yağıntılı və küləkli hava şəraitinin nə vaxta kimi davam edəcəyi məlum olub.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Vurğulanıb ki, şimal-qərb küləyi və yağıntılı hava şəraiti aprel ayının 29-dan etibarən mülayimləşəcək.

Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında aprelin 27-si axşam və 27-dən 28-nə keçən gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Yarımadanın bəzi yerlərində yağıntının leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək.


Telegram kanalımız
Seçilən
13
3
yenisabah.az

4Mənbələr