ABŞ prezidenti Donald Tramp 88 yaşında vəfat edən katoliklərin ruhani lideri Papa Fransiskin dəfn mərasimində iştirak etmək üçün İtaliyaya uçub.
News24.az xəbər verir ki, Romada təyyarədən endikdən qısa müddət sonra özünün Truth Social platformasında açıqlama paylaşan Tramp Rusiya ilə Ukrayna arasındakı münaqişələrə toxunub.
Tramp öz yazısında Rusiya və Ukraynanın atəşkəs razılaşmasına “çox yaxın” olduğunu bildirib və hər iki tərəfi bir araya gəlib razılaşmanı yekunlaşdırmağa çağırıb.
“VACİB MƏQSƏDLƏRDƏ RAZILIQ ALINDI”
Tramp tvitter hesabında, "İndicə Romaya endi. Rusiya və Ukrayna ilə danışıqlar üçün yaxşı günlər. Onlar razılığa çox yaxındırlar və bunu həyata keçirmək üçün iki tərəf indi çox yüksək səviyyədə bir araya gəlməlidir.
Ən vacib məqamlar razılaşdırıldı. Qan tökülməsini dərhal dayandırın. Biz bu qəddar və mənasız müharibənin sonunu asanlaşdırmaq üçün lazım olan yerdə olacağıq".
Səma