Vaşinqtondan Londona uçan “British Airways” aviaşirkətinə məxsus təyyarə quşlarla toqquşduğuna və göyərtəsində tüstülənməyə görə Bostonda Loqan Beynəlxalq Aeroportuna enib.
APA-nın xəbərinə görə, bu barədə “CBS News” məlumat yayıb.
Vaşinqtondan havaya qalxan “Boeing 777” tipli təyyarə Londonun Hitrou Beynəlxalq Aeroportuna uçmalı olsa da, toqquşmadan sonra Bostona istiqamətləndirilib.
Xəsarət alanlar yoxdur.
Mütəxəssislər təyyarəyə baxış keçirir.