AZ

Zelenski cəbhənin ən qaynar nöqtələrindən danışıb

"Ən çox döyüş Pokrovsk, Kramatorsk, Limansk və Kursk istiqamətlərində gedir".

Ukrayna Prezidenti Volodimir Zelenski cəbhənin qaynar nöqtələrindən danışıb.

Operativ Media xəbər verir bu barədə ölkə başçısı “Telegram” kanalında məlumat verib.

V.Zelenskinin sözlərinə görə, o, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sirski ilə görüşüb və ona cəbhədəki vəziyyətlə bağlı məruzə edilib.

Ukrayna lideri bildirib: “Bir çox yerlərdə vəziyyət ağır olaraq qalır. Ən çox döyüş Pokrovsk, Kramatorsk, Limansk və Kursk istiqamətlərində gedir".

Dövlət başçısı bəyan edib ki, Ukrayna hərbçiləri Kursk və Belqorod vilayətlərinin müəyyən ərazilərində aktiv əməliyyatları davam etdirirlər.

Seçilən
42
16
operativmedia.az

10Mənbələr