AZ

ABŞ dövlət katibi: Bu həftə Ukraynadakı böhranın həlli üçün çox vacib olacaq

​BAKI, 27 aprel. TELEQRAF

"Bu həftə Ukraynada baş verən böhranın həlli üçün çox mühüm bir həftə olacaq. ABŞ-nin bu məsələdə optimist olmağa səbəbləri var".

Teleqraf xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio "NBC News" telekanalına verdiyi müsahibəsində danışıb.

“Düşünürəm ki, bu həftə kritik olacaq. Bu həftə ərzində biz qərar verməliyik: bu prosesdə davam etmək istəyirikmi, yoxsa digər, bəzən daha vacib olan məsələlərə yönəlməliyik”,– Rubio qeyd edib.

O, həmçinin bildirib: “Optimist olmağa səbəblər var, amma realistik yanaşmağa da ehtiyac var. Biz çox yaxınıq amma hələ tam olaraq məqsədimizə çatmamışıq.”

Seçilən
18
teleqraf.com

1Mənbələr