AZ

Türkiyədə 60-cı Prezidentlik Velosiped Turuna start verilib

İstanbul, 27 aprel, Günel Karatepe, AZƏRTAC

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) Avropa Turu təqvimində yer alan Prezidentlik Türkiyə Velosiped Turuna start verilib.

AZƏRTAC xəbər verir ki, bu gün Antalyadan başlayan və mayın 4-də İzmirdə başa çatacaq 8 mərhələdən ibarət turda bu il 13 ölkədən 161 velosipedçidən ibarət 23 komanda iştirak edir.

60-cı dəfə təşkil olunan və ümumilikdə 1153 kilometr məsafəni əhatə edən yarış dünyanın 190 ölkəsində 13 dildə yayımlanır.

Qeyd edək ki, ilk dəfə “Marmara Turu” adı ilə 1963-cü ildə təşkil edilən yarış 1965-ci ildə beynəlxalq status qazanıb. Bu səbəbdən də turun başlanğıc tarixi olaraq 1965-ci il qəbul edilir. Yarış 1966-cı ildən Türkiyə Prezidenti Administrasiyasının himayəsinə alınıb.

2023-cü ildə UCI Avropa Turu çərçivəsində 2.1 kateqoriyasında təşkil edilən yarış 2024-cü ildə yenidən Pro seriyalı yarışlar arasında yer alıb.

Seçilən
8
3
azertag.az

4Mənbələr