Bu gün Azərbaycan Basketbol Liqasının yarımfinal mərhələsində "Neftçi" və "Abşeron" komandaları qarşılaşıb.

Offsideplus.az xəbər verir ki, ilk oyunu "Neftçi" 97:93 hesabı ilə qələbə ilə başa vurub. "Neftçi" komandasının məşqçisi Daviti Çivçivadze "Abşeron" ilə oyundan sonra açıqlama verib:

"Çox çətin oyun idi. Rəqib komanda yaxşı təşkil olunmuşdu və oyuna da yetərincə hazırlaşmışdı. Biz üçüncü oyunumuzu oynayarkən onlar artıq yeddinci görüşlərini keçirirdilər. İlk yarımhissədə 3 xallıq ata bilməmişdik. Bu tabloda bizə təsir edirdi. İkinci yarımhissədə biz 3 xallıqları qazanmağa başladıq və oyunu qaytardıq. Oyunçularım müdafiədə böyük iş gördülər. Ancaq işimiz hələ bitməyib. "Abşeron" çox təhlükəli komandadı və artıq bunu iki dəfə sübut edib. Cavab oyununa daha yaxşı hazırlaşacağıq. Qələbə münasibətilə bütün "Neftçi" ailəsini təbrik edirəm!"