Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiana başsağlığı məktubu ünvanlayıb.
Viral.az xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident.
Son Yazılar:
- Prezident Pezeşkiana başsağlığı VERDİ
- məktubu 400 min dollara satıldı
- Üzərindən mobil telefon aşkar edilən şagird imtahandan xaric EDİLDİ
Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş partlayış nəticəsində insan tələfatı və çox sayda yaralı barədə xəbər bizi son dərəcə kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!”