Mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradında 19 ölkənin lideri iştirak edəcəklərini təsdiqləyib.
Referans xəbər verir ki, bu barədə “RBC.ru” məlumat yayıb.
2025-ci ildə Qələbənin 80-ci ildönümünə MDB dövlət başçıları, eləcə də Braziliya, Venesuela, Vyetnam, Kuba, Serbiya və Burkina-Faso prezidentlərinin gələcəyi bildirilib.
Bundan əlavə, Çin Sədri Si Cinpin və Slovakiyanın Baş naziri Robert Fiko iştirak edəcəklərini təsdiqləyiblər.
Parada Hindistan və Monqolustanın liderləri Narendra Modi və Uxnaaqiyn Xurelsux da dəvət olunub, lakin onlar hələ qərarlarını açıqlamayıblar.
Mərasimdə BMT-nin Baş katibi Antonio Quterreşin iştirak etməyəcəyi dəqiqləşib./globalinfo.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta