Döyüş sənəti ustası və bloger Coşua İyalla Ginnesin Rekordlar Kitabına düşərək rekorda imza atıb.
Publika.az xəbər verir ki, o, bir dəqiqə ərzində qolu tam uzatma ilə 453 yumruq vurub.
Bu barədə Ginnesin Rekordlar Kitabının mətbuat xidməti məlumat yayıb.
“Mən bir ilə yaxındır ki, hazırlaşıram. Biz çox məşq etdik. Bundan əvvəl son bir neçə həftə ərzində gündə iki dəfə”, – Coşua deyib.