Bu gün Azərbaycan Basketbol Liqasının yarımfinal mərhələsində daha bir oyun keçirilib.

Offsideplus.az xəbər verir ki, "Neftçi" "Abşeron"la qüvvəsini sınayıb.

İlk qarşılaşmadan "ağ-qaralar" qələbə ilə ayrılıb. Overtayma gedəndə matçda "Neftçi" 97:93 hesabı ilə rəqibini məğlub edib.

Qaydalara görə, ən tez 2 qələbə qazanan tərəf finala yüksələcək.

ABL, yarımfinal, ilk oyun

14:00 "Neftçi" - "Abşeron" 97:93 (17:19; 22:24; 24:23, 23:20, 11:7)

Bakı İdman Sarayı