BAKI, 27 aprel. TELEQRAF
Qətər, İsrail və HƏMAS-ın Qəzza zolağında atəşkəs razılaşmasına qayıtması üçün səylərini davam etdirir.
Teleqraf xəbər verir ki, bunu Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Abdurrəhman Al Sanibildirib.
O tərəflərin mövqelərinin yaxınlaşmasında müəyyən irəliləyiş olduğunu vurğulayıb:
Cümə axşamı (24 aprel - red.) tərəflər arasında atəşkəs danışıqları ilə bağlı müəyyən irəliləyiş qeyd olunub. Qətər tərəflərin atəşkəs razılaşmasına qayıtması üçün səylərini davam etdirir.