AZ

Hakan Fidan: İŞİD kimi PKK-da sıradan çıxacaq

XİN başçısı, ABŞ Prezidenti Donald Trampın mövqeyinin önəmli olduğunu və Fələstinin haqlı mübarizəsini müdafiə etməyə davam edəcəklərini bildirib.

Türkiyə xarici işlər naziri Hakan Fidan Dohada Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Abdurrəhman Al Sani ilə birgə mətbuat konfransı keçirib.

Operativ Media xəbər verir ki, o, çıxışında Suriyada sabitlik və təhlükəsizliyin təmin edilməsinin regional sülh üçün vacib olduğunu bildirib.

"Suriyanın ərazi bütövlüyünü hədəf alan heç bir təşəbbüsü qəbul etmirik. Mərkəzi hakimiyyətin xaricində silah daşınmasına şərait yaradan heç bir təşəbbüsü də qəbul etmirik. YPG ilə Suriyadakı idarəetmə arasında son aylarda imzalanan razılaşmanın həyata keçməsini gözləyirik. İŞİD necə sıradan çıxdısa, PKK da çıxacaq. Ya öz istəyilə, sülh içində çıxacaq, ya da başqa cür", - deyə Hakan Fidan qeyd edib.

XİN başçısı, ABŞ Prezidenti Donald Trampın mövqeyinin önəmli olduğunu və Fələstinin haqlı mübarizəsini müdafiə etməyə davam edəcəklərini bildirib:

Biz HƏMAS-ın daim mübarizə olduğunu görürük. İsraildən də eyni şəkildə Fələstin Dövlətinin mövcudluğuna doğru addım atmasını gözləyirik. Gördüklərimiz açıqdır, imkan olduğu halda sülhə çatmalıyıq."

Seçilən
0
2
operativmedia.az

3Mənbələr