"Qalatasaray"da icarə əsasında çıxış edən "Napoli"nin hücumçusu Viktor Osimhen karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.
90deqiqe.Az-ın "Mirror"a istinadən verdiyi xəbərə görə, "Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim nigeriyalını yay transfer pəncərəsi üçün əsas hücum hədəfi seçib.
“Çelsi” Osimhen uğrunda mübarizədən çəkildiyi üçün “qırmızı şeytanlar”ın razılaşma əldə etmək şansı daha yüksək qiymətləndirilir.
26 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 35 matçda meydana çıxıb, 30 qol vurub və 7 məhsuldar ötürmə edib. Transfermarktın məlumatına görə, Osimhen 70 milyon avro dəyərində qiymətləndirilir.